11 jurnalist ölkədən qaçdı

Türkiyədə dövlət çevrilişi cəhdinə görə barələrində həbs qərarı çıxarılan jurnalistlərdən 11 nəfərinin ölkədən qaçdığı məlum olub. 

Bizimesr.az report-a istinadən bildirir ki, onlardan 8 nəfəri Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı istintaq aparıldığı müddətdə ölkəni tərk edib. Bunlar Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvidir. Digər 3 jurnalist - Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu isə iyulun 15-də əvvəl Türkiyədən gedib. 

Qeyd edək ki, İstanbul Prokurorluğu dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində aralarında tanınmış jurnalist Nazlı Ilıcakın da olduğu 42 jurnalistin saxlanılmasına qərar verib. 

Bizimesr.az 


Загрузка...


Oxunub: 3290 dəfə