Türkiyədə Gülən sponsorlarının “ovu” başlayır

Hökumət 15 iyul çevrilişinin təşkilində ittiham olunan nurçuluq təriqətinin lideri Fətullah Gülən ilə bağlı bütün şirkətlər bağlayır.

Bu barədə “Hürriyet” qəzeti yazıb.

Türkiyənin Gömrük və ticarət naziri Bülent Tufenkçi bildirib ki, hakimiyyət Gülən tərəfdarlarına sponsorluq göstərən şirkətlərlə bağlı istintaq aparacaq. İstintaqın nəticələrinə görə onlar ya qapadılacaq, ya da onlara qarşı digər "zəruri prosedurlar" tətbiq olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülən ilə bağlı ola biləcək mindən çox özəl məktəbin bağlanmasına göstəriş verib.

Bizimesr.az


Загрузка...


Oxunub: 4620 dəfə