Azərbaycan hərbçiləri NATO tədbirlərində

  • Bölmə: Hərb  
  • Tarix: 24 iyl 2016 [11:38]

İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.

Bizimesr.az  Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Bizimesr.az 


Загрузка...


Oxunub: 5390 dəfə