Qadının evindən 20 min pul və ərzaq oğurladı

Şəmkirdə evdən oğurluq etmiş şəxs tutulub. Bizimesr.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Afət Həsənovaya məxsus evdən 20000 rubl pul və ərzaq məhsulları oğurlamış şəxs müəyyənləşdirilib. Kür qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 3670 dəfə