Tanınmış jurnalisti öldürən killer qadın olub - VİDEO

Ukraynada tanınmış jurnalist Pavla Şeremetin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, sosial şəbəkədə yayılan videoda naməlum qadının jurnalistin ölümündən bir neçə saat əvvəl avtomobilin altına partlayıcı maddə yerləşdirdiyi görünür.

 

Məlumatda qeyd edilir ki, partlayıcının yerləşdirilməsi cəmisi bir dəqiqə çəkib. İstintaq hesab edir ki, qadını yollayan kişi isə hadisə baş verən ərazidən aralıda dayanaraq qadın killeri qoruyub.

 

Tanınmış jurnalist Pavla Şeremet iyulun 20-də Kiyevdə öldürülüb. Onun avtomobili partladılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinin bəyanatına görə, istintaqçılar bu cinayətlə bağlı 6 versiya üzərində işləyirlər.

 

Bizimesr.az


Загрузка...




Oxunub: 4300 dəfə