“Rossiya -1” telekanalının operatoru güllələndi

“Rossiya-1” telekanalının operatoru Moskvada mənzilində ölü tapılıb.


 Bu haqda “360” telekanalı məlumat yayıb. Operatorun bədənində beş güllə yarası aşkarlanıb. Onlardan üçü başa dəyib. Onun adı açıqlanmır.

 

İlkin versiyaya görə, kanalın əməkdaşı 19 iyulda gecə ölüb. Telekanalın məlumatına görə, onun meyitini  birinci nikahdan olan oğlu aşkarlayıb.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 3400 dəfə