Tanınmış aparıcı həbs xəbərini yalanladı

Türkiyənin tanınmış xəbər aparıcısı Fateh Portağalın həbs edilməsi ilə bağlı xəbər yayılıb.

 

AzVision.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. 

İddia edilib ki, “FOX” TV-nin aparıcısı dövlət çevrilişinə təşəbbüs edənlərə dəstək olub. 

Lakin bir müddət sonra F.Portağal şəxsi tvitter hesabından məsələyə münasibət bildirib: “Saxlanıldım və həbs edildim kimi yazılar dərc edilib. Bəlkə bəziləri həbs edilməyimi çox istəyir, amma heç bir sıxıntı yoxdur”,- deyə açıqlama verib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 5300 dəfə