MGK və Nazirlər Kabineti bu gün hansı qərarları verəcək? - DETALLAR

15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasından ardınca bu gün Ankarada iki əhəmiyyətli toplantı keçiriləcək.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk olaraq prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurası (MGK), ardınca isə Nazirlər Kabineti toplanacaq.

 

MGK-nin toplantısı Prezidentlik Sarayında yerli vaxtla saat 11:00-da başlayacaq.

 

Toplantılarda hərbi çevrilişə cəhd sonrası atılacaq addımların dəqiqləşdirilməsi gözlənilir. Türkiyə KİV-i toplantılarda qəbul olunacaq qərarlarla bağlı bəzi detalları paylaşıb.  

 

CNN Türk kanalının efirində danışan jurnalist Abdülkadir Selvi bildirib ki, əldə etdiyi məlumatlara görə, hüquqi bir mətn hazırlanır. Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılan FETÖ (Fəthullahçı Terror Təşkilatı) üzvlərinin məhkəmələr yolu ilə geri qayıtmasının qarşısı alınacaq.

 

Eyni proqramda danışan digər bir jurnalist Hande Fırat isə toplantılar öncəsi bir neçə nazirlə görüşdüyünü bildirib. O, toplantılarla Məmur Qanununun dəyişdirilməsinin müzakirə olunacağını bildirib.

 

Bundan başqa, fövqəladə vəziyyətlərdə dövlətin necə işləyəcəyini dəqiqləşdirən məsələlər var. Şübhəlilərin saxlanma müddətinin, cəza müddətinin artırılması kimi dəyişikliklərin edilməsi istisna edilmir.

 

Daha bir mümkün dəyişiklik Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyinə (MN) birləşdirilməsidir.  

 

“Cümhuriyyət” qəzetinin məlumatına görə, hökumət gözlənilməz addım ataraq hərbiçilərin səlahiyyətini minimuma endirəcək radikal qərarlar verəcək.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 3820 dəfə