Ramil Usubov Türkiyədəki həmkarına zəng elədi

Azərbaycanın daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı Efkan Alaya zəng edib.

"Anadolu" agetliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

R.Usubov hərbi çevrilişin qəbuledilməz olduğunu bildirərək, Türkiyədəki demokratiyaya və seçilmiş hökumətə tam dəstək verdiklərini vurğulayıb.

E.Ala öz növbəsində verilən dəstəyə və göstərdiyi həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkür edib.

Bizimesr.az 


Загрузка...


Oxunub: 3250 dəfə