İran və Azərbaycan arasında viza rejimi asanlaşdırılacaq

Yaxın iki ay ərzində İran və Azərbaycan arasında viza rejimi adında bir şey olmayacaq.

 

 

Bizimesr.az Maide.az-a istinadən xəbər verir ki, bunu  İranın  Azərbaycandakı səfiri Möhsin Pakayin Fars agentliyinə  müsahibəsində deyib.

 

M.Pakayin deyib ki,  qərara əsasən ya viza rejimi ləğv olunmalı, ya da İran vətəndaşları  sərhədlərdə və hava limanlarında  viza almalıdırlar.  Beləcə viza verilişi  asanlaşdırılmalıdır.

 

O deyib ki,  Novruz bayramında  45 min İranlı Bakı və Naxçıvana səfər edib. 

 

M.Pakayin  deyib ki,  İranın Azərbaycan Beynəlxalq Bankında  400 milyon dollar pulu qalmışdi və biz bu puldan istifadə edə bilmirdik. “Hazırda bu vəsaitinin bir hissəsi Niko neft şirkətinə investiya yatırmaq üçün və bir qismi isə İranın Mərkəzi Bankına təhvil verilib.”

 

İranın Azərbaycandakı səfiri deyib ki,İran və Azərbaycan arasında ticarət dövriyyəsi  53 faiz artıb. “2016-cı ilin ilk  3 ayında  iki ölkə arasında  ticarət dövriyyəsi  53  faiz artıb.Qeyri neft sektorunda hazırda iki ölkə arasındakı  ticarət dövriyyəsi 500-700 milyon dollar həcmindədir.”

 

M.Pakayin İranın Niko şirkətinin  Azərbaycanda  sərmayə yatırdığını bildirib və deyib ki,  neft  sektorunda yatırılan sərmayələri də nəzərə alsaq  ticarət dövriyyəsi 1 milyard yarım dollar qədər  çatır. 

 

Azərbaycan həbsxanalarında hazırda 170  İranlı məhbusun saxlanııldığını deyən  M.Pakayin bildirib ki, bu şəxslərdən 40 nəfəri  təzə həbs olunub və hələlik  məhkəmə qərarı çıxarılmayıb. 

 

M.Pakayinin sözlərinə görə, Azərbaycanda  saxlanılan İranlı məhbusların əksəriyyəti narkotik maddələrin daşınması və isitfadəsi ittihamı ilə həbs olunublar. 

 

M.Pakayin əlavə edib ki, hazırda İranda  12 Azərbaycanlı məhbus saxlanılır. “Onların  6-nın  Azərbaycana qaytarılmasına dair işlər tamamlanıb və tezliklə  ölkələrinə təhvil veriləcək”

 

Bizimesr.az 

 


Загрузка...


Oxunub: 3510 dəfə