Putindən Medvedevə təklif: Rublu möhkəmləndirmək lazımdır

Rusiya Prezidenti Vladimir Putin milli valyutanın xammal bazarlarındakı dəyişkənliyə baxmayaraq, möhkəmlənməsini vurğulayıb və Baş nazir Dmitri Medvedevə bu faktorlar nəzərə alınmaqla gələcək addımları müzakirə etməyi təklif edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin iqtisadiyyatın real sektoruna, kiçik və orta biznesə dəstəyi nəzərdə tutan plan üzərində iş getdiyini bildirib.

Onun sözlərinə görə, bu, sahibkarlar sinfi və qeyri-xammal ixracı üçün hazırda çox mühümdür: “Hökumət hazırda büdcə üzərində fəal işləməyə başlayır, üçillik planlaşdırmaya qayıdırıq. Ümid edirəm ki, bütün bu amillər yaxın və ortamüddətli perspektivdə nəzərə alınacaq”.

Bizimesr.az


Загрузка...


Oxunub: 2950 dəfə