14 gəminin yoxa çıxması xəbəri təkzib edildi-RƏSMİ

Türkiyə baş nazirinin müavini Mehmet Şimşek ölkədə çevrilişə cəhd olduqdan sonra 14 hərbi gəminin yoxa çıxması barədə yayılmış xəbərlərə münasibət bildirib.

"Report" xəbər verir ki, M.Şimşek bu informasiyanı təkzib edib.

Xatırladaq ki, daha əvvəl "The Times" nəşri Türkiyə Hərbi Dəniz Donanmasının 14 gəmisinin dövlət çevrilişinə cəhddən sonra bazaya geri qayıtmadığını yazmışdı. Qəzetin məlumatına görə, həmin vaxt gəmilər Qara və Egey dənizlərində növbədə olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 1870 dəfə