Türkiyə Dini İşlər İdarəsi: Qiyamçıların dəfnində dini ayinlər yerinə yetirilməyəcək

Türkiyədə hərbi çevrilişə cəhd göstərərkən ölən şəxslərin dəfni zamanı dini ayinlərin yerinə yetirilməsindən imtina edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi qərar qəbul edib.

"Dini İşlər İdarəsi tərəfindən iyulun 15-də Türkiyənin qanuni hakimiyyətinə qarşı çıxaraq millətin və dövlətin mənafeyini hədəf alan, TBMM başda olmaqla dövlət orqanları üzərinə bomba yağdıran, xalqa qarşı silah işlədən və bu zaman öldürülən qiyamçıların dəfnlə bağlı dini ayinlər yerinə yetirilməyəcək. Ancaq bu qərar zor gücünə və təhdidlə heç bir şeydən xəbərsiz, nə olduğunu bilmədən qarşıdurmaya sürüklənərək həlak olmuş hərbçilərimiz və təhlükəsizlik qüvvələrinə şamil edilməyəcək".

Bizimesr.az 


Загрузка...


Oxunub: 2180 dəfə