Qazaxıstanda terrorçular hakim və prokurorları hədəfə alıbmış

Almatada hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum edən və sonradan həbs edilmiş şəxs əvvəlcədən hakim və prokurorları öldürməyi planlaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımov hökumətin iclasında məlumat verib.

"O, dünən Almalı rayon məhkəməsinin binasının yanına yaxınlaşıb. Əlindəki çantada silah olub. O, ilk növbədə hakimləri və prokurorluq əməkdaşlarını öldürməyə cəhd edib. Həmin şəxs məhkəmə binası qarşısında təqribən 30-40 dəqiqə gözləyib, amma heç kimi görmədiyindən 200 metr aralıda yerləşən Almalı rayon polis idarəsinə yönəlib və bu cinayəti törədib", - deyə nazir bildirib.

Qeyd edək ki, iyulun 18-də Almatıda baş vermiş atışma nəticəsində 3 polis əməkdaşı və 1 mülki vətəndaş həlak olub, bir neçə nəfər də yaralanıb.

Bizimesr.az 


Загрузка...


Oxunub: 3340 dəfə