Federasiya prezidenti çayda boğuldu

Gürcüstanın Martvili şəhərinin Qoçkadili kəndi ərazisində Abaşistskali çayında itkin düşmüş yeniyetmənin axtarışı zamanı dalğıc batıb.

Bizimesr.az APA-ya istinadən bildirir ki, hadisə yerində işləyən xilasedicilər bildiriblər ki, boğulan dalğıc Milli Dalğıclar Federasiyasının prezidenti Elqudca Camrişvilidir.

Onun meyidini sudan çıxarmaq mümkün olmayıb. Dalğıcın və yeniyetmənin axtarışları davam edir.

Hava şəraiti ilə əlaqədar axtarış işləri çətin gedir.

Bizimesr.az


Загрузка...


Oxunub: 3570 dəfə