Qubada məscidlə mağazaları qarət edən dəstə tutuldu

Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Bizimesr.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirilir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.


Загрузка...


Oxunub: 4060 dəfə