Biləsuvarda maskalı şəxslər məcburi köçkünün evinə basqın edib

Biləsuvarda yaşayış evinə basqın olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb. Cəbrayıl rayon sakini, 1949-cu il təvəllüdlü Zeynəb Haqverdiyevanın yaşadığı 9 saylı evə girən maskalı şəxslər, onu və oğlu 1976-cı il təvəllüdlü Namiqi döyərək pul vermələrini tələb ediblər. Səs-küy yarandığından istədiklərinə nail ola bilməyən şəxslər evi tərk ediblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlərdən biri, Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü İslam Həmid oğlu Cəfərzadə tutulub.

Hadisə ilə bağlı tədbirlər davam etdirilir. 


Загрузка...


Oxunub: 3340 dəfə