Ermənistanda hərbi maşın aşdı, 11 əsgər yaralandı

Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətində “QAZ-66” markalı hərbi yük avtomobilinin iştirakı ilə qəza baş verib.

Virtualaz.org xəbər verir ki, qəza nəticəsində avtomobil aşıb və 11 əsgər yaralanıb. Yaralılar Qafandakı tibb mərkəzinə aparılıb. Onların vəziyyətinin ağır olmadığı bildirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 2570 dəfə