Qazaxıstan ATƏT MQ-nin tərkibinin dəyişdirilməsinin əleyhinədir

Astana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yeni vasitəçinin axtarışına lüzum görmür.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki. bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov deyib.

“Mürəkkəb problemdir, BMT, ATƏT səviyyəsində müvafiq qərarlar qəbul edilib. Xüsusi Minsk Qrupu yaradılıb və həmsədrləri Rusiya, ABŞ və Fransadır. Düşünürəm ki, yeni vasitəçi axtarmağa ehtiyac yoxdur”, - Astanada bu gün keçirilmiş brifinqdə Y.İdrisov deyib.

Nazir qeyd edib ki, ATƏT MQ yaradılarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri dəqiq formalaşdırlıb, buna görə də, “vəzifə həmin razılaşmaların dəqiq yerinə yetirilməsindədir”.

Bizimesr.az


Загрузка...


Oxunub: 2610 dəfə