Kadırov "çeçen terrorçuları" Türkiyədən geri istədi

  • Bölmə: Region  
  • Tarix: 5 iyl 2016 [14:08]

Biz Türkiyədən "çeçen terrorçuları"nı istəyirik.

Virtualaz.org bildirir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov öz İnstaqram səhifəsində yazıb.

O, Türkiyə-Rusiya münasibətlərinin bərpasından razı qaldığını bildirib: "Əgər Türkiyə hökumətinə "terrorçular" haqqında informasiya lazımdırsa, mən onların adlarını yenidən sadalayıram: Tarxan Qaziyev, Əhməd Ömərov, Əhməd Patayev, Şirvani Basayev, Maxran Səidov, Rizvan və Üsəma Yaqubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov, Rüstəm Naurbayev, eləcə də onların ideoloqu Mövladi Uduqov. Onlar özlərini Türkiyə sahillərində azad hiss edirlər".

Kadırovun sözlərinə görə, o, vaxtilə Ankaranı bu adamlardan gələ biləcək təhlükə barədə məlumatlandırıbmış, lakin qarşı tərəf söz versə də həmin terrorçuları Qroznıya qaytarmayıb.

Bizimesr.az 


Загрузка...


Oxunub: 3080 dəfə