Kadırov bu dəfə zirehli maşın dartdı VİDEO

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Bu dəfə rəhbər gücünü cip avtomobili ilə sınayıb.

Anspress bildirir ki, respublika rəhbəri Ramzan Kadırov cipi yerindən tərpədib. Ölkə başçısı çətinlik çəkmədən ağır avtomobili irəli-geri hərəkət etdirib.

Bu sınağın videosu sosial şəbəkələrdə yayılıb. Əks-səda doğuran video Rusiyanın "NTV" kanalında da yayımlanıb.

R.Kadırov idmana olan marağı ilə seçilir. O, tez-tez "İnstagram" səhifəsində idman zallarında videolar paylaşaraq hər kəsi sağlam həyat tərzi keçirməyə çağırır.

Ramzan Əhməd oğlu Kadırov 5 oktyabr 1976-ci ildə, Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının dördüncü dövlət başçısıdır.

Prezident olmazdan əvvəl baş nazir vəzifəsini icra edib. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərib, İkinci Rus - Çeçen müharibəsində isə rusların yanında iştirak edib.

Kadırov evlidir və beş uşaq atasıdır.

Bizimesr.az


Загрузка...




Oxunub: 3690 dəfə