Cəlilabadda üzüm bağı yandı - FOTO

Biçilmiş taxıl sahəsində baş verən yanğın üzüm bağına keçərək xeyli sayda ağacı və bostan bitkilərini məhv edib.

Hadisə Cəlilabad rayonunun Maşlıq kəndində baş verib. Məlum olmayan səbəbdən taxıl sahəsində başlayan yanğın tez bir zamanda hektarlarla sahəyə yayılıb. Ətraf ərazidə qurumuş kol-kosların olması alovun yaxınlıqdakı üzüm sahəsinə də keçməsinə səbəb olub. Nəticədə Elçin Cahangirova məxsus bağda 2 hektara yaxın üzüm tingləri tamamilə yanaraq yararsız hala düşüb. Bundan başqa alov bostan sahəsinə də ziyan vurub, tarladakı qarpız tağları, eləcə də bir neçə ton yağılmamış məhsul yanaraq yararsız hala düşüb.

Zərərçəkmiş Elçin Cahangirovun sözlərinə görə, 6 min manatlıq ziyan dəyib: "Bizim Fransadan gətirdiyimiz üzüm şitilləri var idi. Təzə əkmişdik, hələ məhsul vermirdi. Onlara daha çox ziyan dəydi. Hazırda məhsul verən bağlarımızın yanmasında küləyin sürətli olmasının da təsiri var. 5-6 min manat civarında bizə ziyan dəydi".


Загрузка...


Oxunub: 3970 dəfə