General Movsesin qohumu əsgəri öldürüb

  • Bölmə: Region   Hərb  
  • Tarix: 29 iyn 2016 [11:37]

Qarabağda 2015-c il mayın 8-də intihar etdiyi deyilən erməni əsgər Arutyun Ambaryanın qondarma “DQR”in o vaxtkı müdafiə naziri, hazırda Ermənistan müdafiə nazirinin müavini olan general Movses Akopyanın qohumu tərəfindən öldürüldüyü məlum olub. virtualaz.org epress.am saytına istinadən xəbər verir ki, bu haqda əsgərin ailəsinin qanuni nümayəndəsi, hərbi ekspert Ruben Martirosyan deyib.

Onun sözlərinə görə, əsgərin işi ilə bağlı istintaqı aparan müstəntiqlər, habelə bu işi ört-basdır edib əsgərin heç bir səbəb olmadan intihar etdiyini irəli sürən vəzifəlilər-Ermənistan baş prokuroru Gevorq Kostanyan və İstintaq Komitəsinin rəhbəri Aqvan Ovsepyan cinayətkardır.

Ekspertin sözlərnə görə, əsgər bir qrup şəxs tərəfindən öldürülüb, qatillərin arasında Movses Akopyanın qohumu Sasun Akopyan da olub. Martirosyan deyib ki, istintaq əsgərin avtomatının üstündəki barmaq izlərini silib, dəlilləri saxtalaşdırıb. Əslində isə Ambryan general Movsesin qohumu ilə münaqişəyə görə öldürülüb. Hadisədən əvvəl əsgər bacısına danışıb ki, Sasun Akopyan adlı əsgər general Movses Akopyanın qohumudur və hərbi hissəsdə “vəziyyətə baxır”. Hadisədən bir neçə gün əvvəl Ambryanın Akopyanla münaqişəsi baş verib.

Əsgəri Sasun Akopyanın vurduğunu istintaqa ifadəsində baş leytenant rütbəli zabit də danışıb, ancaq həmin ifadəni məhv ediblər və zabiti başqa ifadə verməyə məcbur ediblər. Hərbi ekspert deyib ki, hadisə baş verən gün Sasun Akopyan Ambryana zəng vurub, daha sonra mühafizəçiləri ilə birlikdə onun xidmət etdiyi posta gəlib və işdə adı şahid kimi keçən Smbat adlı əsgərlə birlikdə Ambryanı öldürüb. Əsgəri öldürənlər azı 4-5 nəfər olublar. Martirosyan əsgərin ölüm işi ilə bağlı ortaya çıxardığı bu dəlillər barədə İstintaq Komitəsinə yazıb, xidməti araşdırma başlayıb.

Bizimxeber.az


Загрузка...


Oxunub: 6370 dəfə