Türkiyə parlamentində yenə dava düşdü

Türkiyə Böyük Millət Məclisində (TBMM) yenidən gərgin müzakirələr deputatlar arasında davaya səbəb olub.

ANS PRESS-in məlumatına görə, Kürdyönümlü Xalqların Demoktratik Partiyasının Siirtdən olan millət vəkili Kadri Yıldırım hərbçilərin Cizrədə anti-terror əməliyyatlarındakı davranışlarını sual altına alıb.

O, hərbçilərin vətəndaşların divarlarına təhqiramiz ifadələr yazmasını pisləyib. Yıldırımın bu çıxışı həm hakim Ədalət İnkişaf Partiyası və Cumhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin narazılığına səbəb olub.

AKP-li Bülent Turan Ramazan ayında bu cür çıxışların deputata yaraşmadığını bildirib. Daha sonra isə digər AKP millət vəkili Osman Aşkın Bakla HDP-li Alican Önlü arasında mübahisə düşüb, deputatlar bir-birlərini şərəfsiz adlandırıb.

Təhqir olunan Osman Aşkının HDP sıralarına hücum etməsindən sonra milət vəkilləri yumruqlarını işə salıb, dava düşüb. CHP-li millət vəkillərinin araya girməsi ilə gərginlik səngiyib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində bundan əvvəl də dəfələrlə dava düşüb.

Bizimesr.az


Загрузка...


Oxunub: 3060 dəfə