Türkiyədə Təhlükəsizlik İdarəsi atəşə tutuldu

İzmirin Bayandır rayonu qumbaraatanlardan atəşə tutulub.

“Milliyet”in məlumatına görə, mərmilərdən biri Dövlət Xəstəxanası və Təhlükəsizlik İdarəsinin binası arasındakı əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayətkarların tutulması istiqamətində genişmiqyaslı əməliyyat aparılır.

İlkin ehtimala əsasən, terrorçuların hədəfində Təhlükəsizlik İdarəsi olub.(APA)

Bizimer.az


Загрузка...


Oxunub: 2640 dəfə