stanbulda yollar bağlandı

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğanın toyuna görə yollar bağlanıb. Məşhur iş adamının oğlu Səlcuq Bayraqdarla evlənən prezident qızının toyu üzündən yollar nikah mərasimindən əvvəl, gecə saatlarından başlayaraq bağlanıb.

 

 İstanbul baş polis idarəsinin rəisi Mustafa Çalışqan da gecə saatlarında nikah mərasiminin baş tutacağı əraziyə gələrək təhlükəsizlik tədbirləri ilə tanış olub. Qeyd edək ki, nikah mərasimi bu gün Türkiyə vaxtı ilə saat 15:00-da baş tutacaq. Xəbər verdiyimiz kimi, toya Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 6630 dəfə