Azərbaycan və Ermənistan hərbçilərinin şəraiti - Foto

 Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində Azərbaycan və Ermənistan hərbçilərinin şəraitini əks etdirən fotolar yayımlayıb.

 

 Nazirlikdən Bizimesr.az-a verilən məlumata görə, təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şərait əks olunub.

 

 Tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur.

 

 Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.

 

 Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

 

 Bizimesr.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Загрузка...


Oxunub: 11850 dəfə