Putin generalları toplayır

 Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək.

 

 Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

 “Prezident bu gündən etibarən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksinin rəhbərliyi ilə növbəti – sayca yeddinci silsilə müşavirələr başlayacaq. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, onun burada hərbi rəhbərlər və MSK istehsalatçıları ilə görüşməsi yaxşı təcrübədir...”, - deyə Peskov bildirib.

 

 Onun sözlərinə görə, silsilə müşavirələrə cümə günü yekun vurulacaq.

 

 Bizimesr.az


Загрузка...


Oxunub: 6120 dəfə