XİN-in nəzərinə: “Washington Post”un müxbiri Qarabağda erməni qüvvələrinin komandirindən müsahibə alıb

 Ermənistan aprelin əvvəllərində gedən hərbi əməliyyatlar dövründə olduğu kimi ondan sonra da xarici jurnalistlərin işğal altındakı Azərbaycan ərazilərinə səfərlərini təşkil etməkdədir.

 Xüsusən Rusiya və Qərb KİV-lərinin Qarabağa səfərlərinə, onların bilavasitə təmas xəttinə gedib erməni işğalçı qüvvələrinin əsgərləri, komandirləri ilə birbaşa təmaslarına şərait yaradılır. Və təbii ki, bu cür təmaslar nəticəsində ermənilərin “şücaətini” təbliğ edən, münaqişə ilə bağlı vəziyyətin təhrif olunmuş şəkildə əks edildiyi məqalələr, reportajlar yayımlanır.

 Virtualaz.org xəbər verir ki, bu gün  “The Washington Post” qəzetinin müxbiri Devid İqnatiusun işğal altındakı Azərbaycan ərazilərinə səfəri haqda xəbər yayılıb.  Erməni mənbələri bildirir ki, Devid İqnatius qondarma “DQR müdafiə naziri” general Levon Mnatsakaynyandan müsahibə alıb, aprelin əvvəllərində gedən döyüşlər haqda söhbət gedib.

 Belə görünür ki, Azərbaycan XİN “The Washington Post” qəzetinin müxbirinin işğal altındakı ərazilərə səfəri ilə bağlı məsələni araşdırmalı, qəzetin redaksiyasına rəsmi etiraz bildirməli və onun adını qara siyahıya daxil etməli olacaq.

 Bizimesr.az


Загрузка...


Oxunub: 40270 dəfə