"Gicbəsər" işıq üzü gördü — FOTOLAR

 "Kitabevim.az" kitab mağazasında Sərxan Əzizin "Gicbəsər" adlı psixoloji romanının təqdimatı baş tutub.

 Gənc yazıçının və eyni zamanda "Qiraətçi" komandasının ilk kitabı olan "Gicbəsər"in təqdimatına yaradıcı insanlarla yanaşı, həm də yeraltı ədəbiyyatın çoxsaylı oxucuları toplaşıb.

 "Qiraətçi"nin təsisçisi Müşfiq Məmmədov Sərxanla tanışlıq tarixçəsi və əsərin ərsəyə gəlməsi zamanı rast gəldiyi çətinliklərdən danışıb. O bildirib ki, bu gün ölkədə yeraltı ədəbiyyat nümunələri, demək olar ki, yox dərəcəsindədir və "Gicbəsər"i bu mövzuda ilk rüşeym hesab etmək olar.

 Sərxan Əziz hər kəsə təşəkkür edib və kitab haqqında kiçik məlumat verib. Tədbir imza mərasimi ilə başa çatıb.

 Qeyd edək ki,sözügedən əsərdə "underground"un fundamental yanaşmasındakı azadlığa can atma, ümumi küskünlük, öz daxilini "eşələmək" , rahatlayıcı mənəvi yolu tapmaq kimi fəndlərindən istifadə olunub. Burada qəhrəmanı narahat edən hər şey diqqət mərkəzindədir, hətta, onun ətraf mühitə qarşı tənqidi münasibəti bir küfr həddinə çatır.(Ölkə.Az)

 Bizimesr.az

 


Загрузка...


Oxunub: 5780 dəfə