“Nar” abituriyentləri mükafatlandırdı

“Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksəknəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı.

Builki qəbul imtahanında 700 baltoplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar”nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.İlin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un Baş icraçı direktoru QunnarPanke təqdim edib. Cənab Q.Panke hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlararzulayıb: “Qəbul imtahanları zamanı 700 bal toplamış abituriyentləri mükafatlandırmaq “Nar” üçünartıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak etmiş minlərlə gənc arasında ən böyükuğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli,savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınızadaböyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişafetdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”.Qeyd edək ki, ən yüksək nəticə göstərmiş abituriyentlərin mükafatlandırılması tədbirinə bu il dəModern.az İnformasiya Agentliyi informasiya dəstəyi verib. Xatırladaq ki, “Nar” 2017-ci ildə aliməktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış 15, 2018-ci ildəisə 29 abituriyenti mükafatlandırmışdı.Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSMstrategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələrhaqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdəAzərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmziolaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsiniabunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuşərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyəyüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsistrategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmizötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

 

 


Загрузка...


Oxunub: 119070 dəfə