V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı

“Bu il V ixtisas qrupu üzrə 11 min 489 abituriyent, 2597 subbakalavr elektron ərizəsində yalnız V ixtisas qrupunu seçib”.

Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən 46280 nəfər isə I və IV qrupla yanaşı öz ərizələrində V qrupu da qeyd ediblər:

“Bu il V qrupa 3714 plan yeri ayrılıb, keçən il isə bu rəqəm 3581 yer olub. Bu qrupda 133 plan yeri artırılıb. Cari ildə qabiliyyət imtahanların bəzi ixtisaslarda ləğv olunması bu qrupa meyli artırıb”.

“Qabiliyyət imtahanları verilən ixtisaslarda plan yerlərinin sayı 1317-dir. Qeydiyyat 4467 nəfər qeydiyyatdan keçib”, - deyə şöbə müdiri əlavə edib.

Bizimesr.az


Загрузка...


Oxunub: 33610 dəfə