Rəsmi Bakıdan Hindistana başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib.

“Biz Hindistanda baş verən təyyarə qəzasından dərin təəssüf hissi keçiririk. Bu faciəvi təyyarə qəzasında ölənlərin yaxınlarına səmimi qəlbdən başsağlığı veririk. Yaralıların isə tezliklə sağalmasını arzulayırıq”, - deyə, XİN -in açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Dubaydan uçan “Air India Express” hava yollarına məxsus təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Ən son məlumatlara görə, hadisə nəticəsində 20 nəfər ölüb, 140 nəfər isə xəsarət alıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 74300 dəfə