“Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 4 avq 2020 [11:01]

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, yeni formatda “Nar Eko SİM” kartını təqdim edir. Azərbaycan mobil rabitə bazarında ilk dəfə təqdim edilən eko SİM kartlarda plastik 50% azdır. Yarı ölçülü SİM kartların ətraf mühitin qorunmasına müsbət təsirləri var. Belə ki, yeni SİM kartlarla həm yaşıl təbiət daha çox qorunacaq, həm də plastik tullantılara qənaət ediləcək. “Nar Eko SİM” kartları mobil operatorun bütün rəsmi satış və xidmət mərkəzlərində yeni müştərilərə təqdim olunacaq.

 

Xatırladaq ki, “Nar” bundan əvvəl ətraf mühitin qorunması məqsədilə alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə vermişdi. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.

 

Qeyd edək ki, “Nar”ın məhsulları və layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.


Загрузка...


Oxunub: 70160 dəfə