“Bəhram, sən özünə baxmadın...” – Tünzalə Ağayeva

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 23 iyn 2020 [18:00]

Xalq artisti Tünzalə Ağayeva koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə haqda danışıb. 


Bizimesr.az xəbər verir ki, "İnstagram"da canlı yayımda olan sənətçi "Biz cəmiyyət olaraq biri-birimizi itirməyə imkan verməməliyik. Allaha dua edirəm ki, Bəhramı ailəsinə, vətəninə bağışlasın. 
Bəhramın hələ nə qədər arzuları, layihələri var. Arzu edirəm ki, tezliklə sağalsın və aramıza qatılsın. Amma ondan bir şeyi xahiş edirik, özünə baxsın! Bəhram, sən özünə baxmadın. Özünə baxmadığın üçün o qədər həssaslaşdın ki, yanından külək keçən kimi xəstələndin". 


Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-də koronavirus səbəbindən xəstəxanaya yerləşdirilib.


Загрузка...


Oxunub: 157510 dəfə