Latviyada son iki sutkada COVID-19-a yoluxma qeydə alınmayıb

  • Bölmə: Dünya  
  • Tarix: 22 iyn 2020 [18:14]

Latviyada son iki sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halı qeydə alınmayıb.

 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin saytında məlumat verilib.


Bildirilib ki, Latviyada indiyədək 139 024 koronavirus testi keçirilib.

Qeyd olunub ki, ölkədə 1111 nəfər COVID-19-a yoluxub, koronavirusa yoluxanlardan 903 nəfər sağalıb, xəstəlikdən 30 nəfər vəfat edib.


Загрузка...


Oxunub: 52010 dəfə