30 yaşlı dünya çempionu öldü

  • Bölmə: İdman  
  • Tarix: 22 iyn 2020 [13:56]

Pnevmatik tapançadan atəş üzrə dünya çempionu Boban Momçiloviç-Veliçkoviç 30 yaşında vəfat edib.

 

Bizimesr.az “lenta”ya istinadən xəbər verir ki, bu barədə Serbiya Atıcılıq Federasiyasının saytında məlumat verilib.
Serbiya idmançısının ölüdüyü dünən iyunun 21-də məlum olub. Ölüm səbəbinin ağır və qısa bir xəstəliyin olduğu bildirilir. İdmançı doğuşdan bir neçə həftə sonra dünyasını dəyişib.

 

Xatırladaq ki, Momçiloviç-Veliçkoviç 2014-cü ildə pnevmatik tapançadan komanda üzrə 10 metr məsafəyə qədər dünya çempionatının qızıl medalını qazanıb. Avropa birinciliyinin səkkiz qızıl, iki gümüş və üç bürünc mükafatı da onun hesabındadır. Bundan başqa, idmançı London və Rio-de-Janeyro Olimpiya Oyunlarında da iştirak edib.


Загрузка...


Oxunub: 52780 dəfə