Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyəsinə başlanılıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 22 iyn 2020 [10:00]

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

 

Xəbərə görə, təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.


Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.
Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.


Загрузка...


Oxunub: 21630 dəfə