Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazılıb

  • Bölmə: Siyasət  
  • Tarix: 20 iyn 2020 [16:13]

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müvafiq icazəsi olmadan torpaq yolla rayon və əks istiqamətdə hərəkət etmək istəyən şəxslərin qarşısının alınması üçün tədbirlər görüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş nəzarət postunun ətrafından torpaq yolla keçmək istəyənlərin qarşısını tam şəkildə alıb, torpaq yollar qazılıb, karantin qaydasını pozanlara qarşı inzibati qaydada protokol tərtib olunub.


Загрузка...


Oxunub: 25620 dəfə