İcra başçısının müavini koronavirusdan vəfat etdi

  • Bölmə: Siyasət  
  • Tarix: 20 iyn 2020 [11:25]

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.


Məlumata görə, Q. Əliyev iyun ayının 20-si gecə saatlarında xəstəxanada dünyasını dəyişib.


Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, icra başçısının müavini iyunun 14-də ağır vəziyyətdə iki tərəfli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan profilaktik tədbirlərə baxmayaraq, o, xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, Qəzənfər Əliyevin məktəb direktoru olan həyat yoldaşı da infeksiyaya yoluxub.


Загрузка...


Oxunub: 21030 dəfə