Pompeonun qaradərili müavini Trampa görə istefa verdi

  • Bölmə: Dünya  
  • Tarix: 19 iyn 2020 [14:54]

ABŞ dövlət katibinin köməkçisi Mayk Pompeo qanunvericilik məsələləri üzrə köməkçisi Meri Elizabet Teylor (Mary Elizabeth Taylor) nümayişkaranə şəkildə istefa verərək, prezident Donald Trampın irqçiliyə qarşı kütləvi etirazlara reaksiyasından hiddətlənib. 

 

Bizimesr.az-ın məlumatına əsasən, bu barədə “The Daily Mail” xəbər verib.

 

Qeyd edilir ki, 30 yaşlı Taylor Pompeoya məktubunda belə yazıb. “Prezidentin irqi ədalətsizlik məsələləri ilə bağlı mövqeyi mənim əsas dəyərlərimə kəskin ziddir”- deyə Taylor yazıb. O, vicdanının səsini dinləyərək dövlət katibinin köməkçisi postunu tərk etmək qərarına gəlib. Afroamerikalı qadın onun fikirlərinə hörmət etdiyinə görə hamıya təşəkkür edib.
Qeyd olunur ki, Teylor 2018-ci ilin oktyabr ayından etibarən dövlət katibinin qanunvericilik məsələləri üzrə müavini vəzifəsində çalışan tarixdə ilk qaradərili olub.


Загрузка...


Oxunub: 22360 dəfə