Hindistan və Çin müharibəsinin səbəbləri - ARAŞDIRMA

  • Bölmə: Dünya  
  • Tarix: 19 iyn 2020 [12:13]

Xəbər verdiyimiz kimi Tibetdə son yarım əsrin ən ciddi toqquşması baş verib. Hindistan və Çin sərhədçiləri əlbəyaxa olaraq bir-birini daşlarla, çubuqlarla döyüblər. İnsident iki nüvə gücünün gərgin münasibətlərini bir az da gərginləşdirib. İnsident iyunun 15-də axşam saatlarında Himalayın Ladakh vadisində baş verib.


Bizimesr.az “RİA Novosti” yə istinadən xəbər verir ki, sərhəddəki gərginlik nəticəsində Hindistan orduda hərbi qulluqçuların tərxis olunmasını dayandırıb, Çin ilə sərhəddə Silahlı Qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib. Pekin və Dehli məsuliyyəti bir-birinin üstünə atır. Çin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq Hindistana  təqdimat göndərib. Hindistan Xarici Siyasət İdarəsi isə çinlilərin faktiki nəzarət xətti ilə bağlı razılaşmanı pozduqlarını bəyan edib.Hindistan Quru Qoşunları Komandanlığı 20 hərbçinin həlak olduğunu təsdiq edib. Amma vəziyyət bir qədər fərqli olub.

 

Belə ki, hər iki tərəf odlu silahdan istifadə etməkdən çəkinib. Məlumata əsasən, çinli hərbçilər hindistanlı sərhədçiləri ölümcül döyüblər. Bəzi əsgərlərin dağlardakı əlbəyaxa zamanı hündürlükdən atılaraq yaralandığı və öldüyü bildirilir.

 

“ANİ” Hindistan informasiya agentliyinin məlumatına görə, toqquşma zamanı 43 çinli xəsarət alıb.İki nüvə ölkələrinin yüksək dağlıq ərazilərdə qarşıdurmasının tarixi XX əsrin əvvəllərinə təsadüf edir.

 

 

Индийский военнослужащий в Ладакхе

 

 

Belə ki, 1914-cü ildə Britaniya İmperiyası ilə Tibet arasında sərhəd məhz həmin ərazidə təyin olunub. O zaman bu sərhəd xətti  razılaşmanı əldə edən Britaniya Hindistanı Xarici İşlər katibi Mak Magon adı ilə “Mak Magon xətti” adlandırılıb.Lakin 1940-cı illərdə Hindistan müstəqillik əldə etdikdən sonra, Çin yenidən Tibet üzərində nəzarəti ələ aldı və “Mak-Magon” Dövlət xəttini tanımaqdan imtina etdi. Pekinin fikrincə, Lhasa müstəqil şəkildə sərhədlər qurmaq hüququna malik deyildi. Ona görə də Çin hökuməti sərhəddəki əraziyə cənubi Tibet kimi baxır.

 

 

1950-ci illərdə Dehli ilə Pekinin münasibətləri demək olar ki, ürəkaçan deyildi. Hindistanın Baş naziri Cəvahirləl Nehru "Hindlilər və çinlilər qardaşdır"şüarı ilə ifadə oluna biləcək ideala can atırdılar. Lakin Çin mübahisəli ərazilərdə-Aksay Çin ərazisindən yolun tikintisinə başladı. Magistral yol ÇXR-in Sintszyan və Tibet regionunu birləşdirirdi. Dehli buna əngəl olmadı.1962-ci ilin payızında Çin-Hindistan sərhəd müharibəsi baş verdi. Məsələ təkcə ərazi mübahisələrində deyildi.

 

 

Индийские военные грузовики движутся в направлении Ладакха

 

 

1959-cu ildə baş vermiş Tibet üsyanından sonra Dehli Tibetin mənəvi lideri Dalay-lamaya sığınacaq verdi. Bu isə Pekinin xoşuna gəlmədi. Və nəticədə “Mak Magon xətti”ndən hindistanlıları sıxışdıraraq çıxardı və bundan sonra Çin birtərəfli qaydada atəşkəs elan etdi.Nehru ölkəsində qonşu Çinə qarşı çox yumşaq münasibət sərgilədiyinə görə tənqid olundu.

 

Yalnız 1990-cı illərdə Çin və Hindistan dövlətləri arasında razılıq əldə edilərək,  faktiki sərhəd kimi “Mak Magon xətti”nə nəzarət xətti hüquqi statusu verildi.Buna baxmayaraq gərginlik hələ də qalırdı. 2017-ci ilin sentyabr ayında iki ölkənin sərhədçiləriLadakhda yerləşən Pangong-Tso gölünün yaxınlığında bir-birlərini daşqalaq etdilər. May ayında Sikkim əyalətindəki sərhəd zastavasında əlbəyaxa döyüşlər baş verdi. 

 


Sərhəddə baş verən hadisələr Hindistan ictimaiyyətini silkələdi. Hindu Milliyyətçi Təşkilatının radikal qanadından olan tələbələr Kəlküttə şəhərində Çin konsulluğunun qarşısında ÇXR lideri Si Szinpinin portretini yandırdılar. Dehli Pekinin Ladaxdakı əməllərindən hiddətlənən on nümayişçini saxladı.Hindistanın Baş naziri həmvətənlərini əmin edib ki, "iyirmi gənc hərbçinin həlak olması əbəs deyil". "Bizim üçün əsas məsələ millətin birliyi və suverenliyidir. Hindistan sülh istəyir, amma bizi təhrik etsələr, layiqli cavab verə bilərik", - deyə Narendra Modi vurğulayıb.

 

Çindən insidentə təmkinli reaksiya verilib. “Xinshua” agentliyi xəbər verir ki, Çinin Xarici işlər nazirini Van İ  Hindistanlı həmkarı Subramaniyam Cayankarla telefon əlaqəsi yaradıb. Pekinin nümayəndəsi qeyd edib ki, hər iki tərəf "münaqişənin həlli ilə bağlı qarşılıqlı fəaliyyəti və əlaqələndirməni gücləndirməli, sərhəd rayonlarında sülh və əminamanlığı birgə saxlamalıdırlar".

 


"Çinlilər hələlik bu insidentə diqqəti cəlb etməməyə çalışırlar, — deyə Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Vasili Kaşin bildirib:"Çinlilər hələlik bu insidentə diqqət yetirmirlər. KİV və rəsmi idarələr özlərini çox düzgün aparırlar. Çünki onlar hindistanlılarla münaqişədə qalib gələn tərəfdir. Qələbə qazanıblar: rəqiblərini məğlub ediblər və döyüş meydanını ələ keçiriblər".

 

Hazırda tərəflər diplomatik duruma görə çətin vəziyyətdədilər. Qarşıda münaqişənin aradan qaldırılması ilə bağlı çətin danışıqlar durur. Kaşin hesab edir ki, rəsmi Dehli üçün daha çətin olacaq. 

 

"Hindistanda siyasətdə çoxlu oyunçu var, dövlət Çində olduğu kimi KİV-ə nəzarət etmir. KİV Modi hökumətini zəifliyunə görə bağışlamayacaq və təzyiq göstərəcəklər. Üstəlik, bu, 1967-ci ildə Natu-La aşırımındakı toqquşmanın baş verdiyi vaxtdan bəri ən böyük qan tökülmə halıdır", - deyə ekspert vurğulayıb.Kaşinin sözlərinə görə, mübahisənin mahiyyəti, Çin üçün vacib olan yolun keçdiyi torpaqlara nəzarət deyil.

 

 

Индийцы сжигают листы бумаги с изображением флага Китая в Лакхнау

 

 

 

"Qarşıdurma dərinləşdikcə, yeni iddialar ortaya çıxır. Çinin idefiksi 1914-cü ildə sərhədin düzgün aparılmamasındadır. Heç bir Çin hökuməti rəsmisi bu xətt haqqında sənədlərə imza atmayıb", — deyə o xatırladıb.

 

“Himalaylardakı sərhəd hər iki ölkə üçün praqmatik maraqlar deyil, irrasional ədalət məsələsinə çevrildikdən sonra qarşılıqlı anlaşmaya nail olmaq getdikcə daha da çətinləşir” – deyə, Kaşin əlavə edib.

 

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Kupriyanov Himalayalarda hərbi əməliyyatlar teatrını belə təsvir edir:Münaqişənin həlli Pekinlə Dehlidən siyasi cəsarət tələb edir.

 

"Ladaxda kompromisə gedəcək Hindistan hökuməti istefa vermək risqi ilə çıxış edir. Baxmayaraq ki, vaxtilə cəhdlər edilmişdir. 2000-ci illərdə Baş nazir Vəcpainin məsələnin həllinə ciddi yanaşsa da, o, seçkidə uduzdu və məsələ yaddan çıxdı. Çinlə razılığa gəlmək üçün sabit daxili vəziyyəti təmin etmək lazımdır", — deyə Kupriyanov qeyd edir.

 

“Bütün çətinliklərə baxmayaraq, hər iki ölkənin ərazi mübahisəsinə son qoymaq üçün səbəbləri var.  Axı nə Çinə, nə də Hindistana ciddi müharibə lazım deyil” –deyə Kupryanov deyib.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 19870 dəfə