Türkiyədə çimərlik mövsümü açılıdı – ŞƏRTLƏR

  • Bölmə: Dünya  
  • Tarix: 29 may 2020 [18:00]

İyunun 1-dən etibarən Türkiyədə parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklər rəsmi olaraq açılacaq.

 

Türkiyə mətbuatı xəbər verir ki, fəaliyyətini bərpa edəcək həmin infrastrukturlar məhdudiyyətlər tətbiq edilmiş yeni qaydalarla fəaliyyət göstərəcək.

 

Belə ki, uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra yeni şəraitdə fəaliyyətə başlayıb.Məlumata görə, bir ailə doqquz kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək. Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalmalı və dezinfeksiya edilməlidir. Turistlərə öz dəsmalları ilə günəş vannası qəbul etmək və istədikləri yerdə dincəlmək qadağan olunacaq. 

 

Həmçinin, siqaretlərin qalığını təmizləmək xidmətçilərin səhhəti üçün əlavə risk sayıldığı üçün çimərlikdə siqaret çəkmək də qadağan olunub. Qəlyan çəkmək də qadağalar siyahısına salınıb.İcazə verilmiş su idmanı növləri hələlik açıqlanmasa da dəniz gəzintisinə icazə verilib.

 

Qeyd edək ki, Türkiyədə antikoronavirus sertifikatlaşmasından keçən otellərin iyundan fəaliyyətə başlamasına icazə verilib. Beynəlxalq hava reyslərinin isə mərhələli şəkildə bərpa olunacağı bildirilib. Əvvəlcədən dərc edilən qrafika əsasən, Rusiyadan olan reyslər iyulun 15-dən qəbul ediləcək.


Загрузка...


Oxunub: 16650 dəfə