ABŞ-dan uyğurlara dəstək - Çinə qarşı sanksiyalar olacaq

  • Bölmə: Dünya  
  • Tarix: 28 may 2020 [12:04]

ABŞ Konqresi Sintzyan-Uyğur Muxtar Rayonunda (SUMR) müsəlmanlara qarşı təzyiqlərdə günahlandırılan Çin vətəndaşlarına qarşı sərt sanksiyalara icazə verən qanun qəbul edib.

 

"Reuters"-in məlumatına görə, Nümayəndələr Palatası qanun layihəsini, demək olar ki, yekdilliklə qəbul edib - cəmi bir nəfər əleyhinə səs verib.

 

Eyni zamanda, iclasın özü tarixdə ilk dəfə olaraq distans (məsafəli) formatda keçirilib.


Bundan öncə sənəd may ayında Senat tərəfindən təsdiqlənmişdi və prezident Donald Tramp tərəfindən imzalanmalı idi.


Sənəddə həmin məmurlara qarşı sərt tədbirlərin görüləcəyi, məsələn, viza verilməyəcəyi və ABŞ-dakı əmlaklarının dondurulacağı qeyd olunur.


Загрузка...


Oxunub: 13270 dəfə