Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

  • Bölmə: Hadisə  
  • Tarix: 27 may 2020 [17:20]

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki hərbi hissənin ərazisində intihar hadisəsi baş verib.

 

Bizimesr.az bildirir ki, bu barədə saytımıza hüquq-mühafizə orqanlarından məlumat verilib.


Mayın 26-da hərbi hissə üçün tikilən yeməkxananın damından 1993-cü il təvəllüdlü fəhlə Hüseyn Babayevin meyiti tapılıb. Gənc özünü elektrik naqili ilə asıb. İstintaq zamanı müəyyən edilib ki, H. Babayev mayın 24-də itkin düşüb. O, 17:00 radələrində evdən çıxıb və o vaxtdan bəri heç kim onu ​​görməyib.


Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, H. Babayevin özünə qəsd etməsinin səbəbi dəqiqləşdirilir.(oxu.az)


Загрузка...


Oxunub: 13500 dəfə