Xətai rayonunun bəzi yerlərində su olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində içməli suyun təchizatında fasilələr yaranacaq.


“Azərsu” ASC-dən verilən məlumata görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 27 may 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Xocalı pr, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri) içməli suyun verilməsi dayandırılacaq.


Загрузка...


Oxunub: 9870 dəfə