Bu gün 174 Azərbaycan vətəndaşı Türkiyədən ölkəyə gətiriləcək

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 22 may 2020 [13:16]

Bu gün Türkiyədən 174 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunacaq.

 

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elvin Süleymanlı məlumat verib.


O bildirib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi İstanbuldan çarter reysi ilə həyata keçirilir: “Bu gün Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi üçün növbəti çarter reysi təşkil olunur. Bundan öncə 215 vətəndaşımızın ölkəyə qayıtması təmin edilib. Bu gün isə daha 174 vətəndaşımız ölkəyə gətiriləcək”.


E. Süleymanlı qeyd edib ki, Türkiyədəki azərbaycanlıların ölkəyə qayıtması üçün edilən müraciətlər operativ şəkildə dəyərləndirilir: “Aralarında yaşlılar, xəstələr, körpə uşaqları olan və çətin vəziyyətdə olan ailələr daha tez yola salınır”.


Загрузка...


Oxunub: 9110 dəfə