Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi​​​​

  • Bölmə: Hərb  
  • Tarix: 20 may 2020 [15:47]

"Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu". 


Bu sözləri general-mayor Qabil Məmmədov deyib:


Dəyərli Dostlar!


Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu.


Rəşad yaddaşlarda çox mərd, qorxmaz, ədalətsizliyə və haqsızlığa qarşı daima səfərbər, zəiflərə arxa, özünəməxsus prinsipial baxışları ilə digərlərindən seçilən bir ləyaqətli insan kimi yadda qalacaq. Onun ürəyi həyat sevgisilə çırpınır, Qarabağın azad olunacağını çox səbirsizliklə gözləyirdi. Azərbaycanımızın xoş gələcəyi naminə hər zaman ölümə atılmağa hazır idi...


Allah rəhmət eləsin! Valideynlərinə, yaxınlarına Allah səbr versin, başımız sağ olsun deyirəm!"


Загрузка...


Oxunub: 10170 dəfə