Daha 101 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 15 may 2020 [17:14]

Azərbaycan Respublikasında 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat edib. 


Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılıb.


Загрузка...


Oxunub: 17200 dəfə