Araz Ağalarov da çökdü?

  • Bölmə: Dünya  
  • Tarix: 23 apr 2020 [17:00]

Rusiyalı mililarder, işçilərə əmək haqqı vermək üçün pulu olmadığını açıqlayıb.

 

Bizimesr.az rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "zavodlar, qəzetlər və gəmilər" sahibi, Rusiyanın ticarət platformalarının böyük sahibi və inşaat sektorunun nəhəngi olan "Crocus Group" şirkətinin rəhbəri, milyarder Araz Ağalarov RBK-ya müsahibəsində açıqlayıb. 


İş adamının sözlərinə görə, mart ayı ərzində işçilərin əmək haqqına pul kifayət edəcək, sonra isə yox. "Mən bu ofisdə kiçik bir gəminin kapitanı kimi otururam və batdığımı görürəm"- deyə Ağalarov deyib.

Qeyd edək ki, söhbət Forbes-in versiyasına görə, 55 "2020-ci ildə Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yeri tutan sahibkar Ağalarovdan gedir.Onun sərvəti  1700 milyon dollar həcmində qiymətləndirilir.Bəs onda biz nə edək?


Загрузка...


Oxunub: 16740 dəfə